Məzuniyyətə görə kompensasiya ödənilməsi qaydası müəyyənləşdi


Digərləri 13 Dek 2017 11:27:00 308 0

Məzuniyyətə görə kompensasiya ödənilməsi qaydası müəyyənləşdi

Hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (növbəti həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi haqqında" qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə  və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya Ali Məhkəmə tərəfindən ödəniləcək.