Çempionlar Liqası finalının kubok və loqotipi təqdim olundu


İdman 13 Dek 2017 11:10:00 203 0

Çempionlar Liqası finalının kubok və loqotipi təqdim olundu

Ukraynanın paytaxtı Kiyevdə Çempionlar Liqasının 2017/18-ci illər mövsümü üzrə finalının kubok və loqotipinin təqdimatı olub.

Goal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) mətbuat xidməti məlumat yayıb.

Təntənəli tədbirdə UFF-nin prezidenti Andrey Pavelko, Kiyevin meri Vitali Kliçko, həmçinin finalın səfiri, yaxın keçmişin məşhur futbolçusu, hazırda isə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko iştirak edib.

Çempionlar Liqasının cari turnirinin finalı 26 may 2018-ci il tarixində Kiyevin "Olimpiya" stadionunda keçiriləcək.