Mövlud Çavuşoğlu: “Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanınmasını təşviq etməliyik”


Siyasət 13 Dek 2017 10:36:29 285 0

Mövlud Çavuşoğlu: “Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanınmasını təşviq etməliyik”

Türkiyənin XİN başçısı: “Bizlər Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyırıq”

“Bizlər Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyırıq. Başqa ölkələrin də bu dövləti 1967-ci il sərhədləri əsasında və Şərqi Qüdsü də paytaxt olaraq, tanımasını təşviq etməliyik”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının bu gün İstanbulda başlayan toplantısının açılışında bildirib.

Qeyd edək ki, İstanbulda İƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak edir. 

Nazirlər təşkilatın Qüds məsələsi ilə bağlı bu gün İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini və sonda qəbul ediləcək yekun qətnaməsini müzakirə edirlər.

Qeyd edək ki, İƏT-in zirvə toplantısında ABŞ Prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı və bu qərardan sonra yaranmış vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqqında qərar qəbul edib.