Azərbaycan nefti ucuzlaşdı


Digərləri 13 Dek 2017 10:20:00 203 0

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,35 dollar, yaxud 0,52% azalıb.

Son.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,58 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.