Komitə: Erkən nikah əvvəllər daha çox cənub, indi isə Aran rayonlarında baş verir


Digərləri 13 Dek 2017 10:12:00 215 0

Komitə: Erkən nikah əvvəllər daha çox cənub, indi isə Aran rayonlarında baş verir

Əvvəllər Azərbaycanda erkən nikah halları daha çox cənub bölgəsində baş verirdi, amma indi artıq Mərkəzi Aran rayonlarında da belə faktlar üstünlük təşkil edir.

Bakı. İlhamə İsabalayeva – Əvvəllər Azərbaycanda erkən nikah halları daha çox cənub bölgəsində baş verirdi, amma indi artıq Mərkəzi Aran rayonlarında da belə faktlar üstünlük təşkil edir. Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirlməsi üçün daha çox iş aparılması burada belə halların azalmasına gətirib çıxarıb. Hazırda belə tədbirlərin Mərkəzi Aran rayonlarında da aparıldığını xatırladan R.Süleymanzadə deyib ki, 2016-cı ildə erkən nikahla bağlı 440 fakt qeydə alınıb: “Bu, yalnız aşkara çıxarılan faktlardır. Təbii ki, məsuliyyətdən yayınanlar da ola bilər. Əvvəllər belə faktların sayı daha çox idi. Lakin qanunvericliyə dəyişiklik edildkdən sonra erkən nikah halları minimuma enib. Bunun da qarşısını almaq üçün daim maarifləndirmə işləri aparılır”. R.Süleymanzadə qeyd edib ki, 2016-cı ildə qızı erkən nikaha daxil olmağa məcbur etdiyinə görə 40 nəfər məsuliyyətə cəlb edilib. Azərbaycanda erkən nikah hallarının ildən-ilə azaldığını deyən R.Süleymanzadə qeyd edib ki, erkən nikaha daxil olanlar arasında daha azyaşlı uşaqların olub-olmaması barədə məlumatları yalınız mətbuatdan əldə edirlər.