İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir


Siyasət 13 Dek 2017 10:00:50 227 0

İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir

Nazirlər təşkilatın bu gün Qüds məsələsi ilə bağlı keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini müzakirə edirlər

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb.

“Report” xəbər verir ki, məlumatı İƏT-in mətbuat xidməti yayıb.

İclasa ev sahibi olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir. 

Nazirlər təşkilatın bu gün Qüds məsələsi ilə bağlı keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini və sonda qəbul ediləcək yekun qətnaməsini müzakirə edirlər.

Qeyd edək ki, İƏT-in zirvə toplantısında ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı və bu qərardan sonra yaranmış vəziyyət müzakirə olunacaq. 

Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqqında qərar qəbul edib.