Cocuq Mərcanlıda 15900 kv.m ərazi tam təmizlənib FOTO


Digərləri 13 Dek 2017 08:59:00 284 0

Cocuq Mərcanlıda 15900 kv.m ərazi tam təmizlənib  FOTO

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ötən gün ərzində 15 900 (1.59 ha) ərazi tam təmizlənmiş, 1 ədəd partlamamış hərbi sursat (PQ-7L) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülmüşdür.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, 25 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 469 880 kv.m (46.99 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır. (Cəmi: 887 346 kv.m (88.73 ha).

Əməliyyatlarda 50 nəfərlik şəxsi heyət iştirak edir.


Xəbərə aid fotolar