Bakıda avtomobil avtobusla toqquşub,


Digərləri 13 Dek 2017 08:33:00 276 0

Bakıda avtomobil avtobusla toqquşub,

Bakıda minik avtomobilinin sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Son.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Şuşa şәhәrciyində "VAZ 2106" Əli Rzaevin idarə etdiyi "Daewoo" markalı 214 saylı xәtt avtobusu ilә toqquşub. Qəza nəticəsində "Jiquli"nin sürücüsü 1981-ci il təvəllüdlü Nәsibov Ramin Osman oğlu xәsarәt alıb.

İlkin məlumata görә, "Jiquli" sürәtlә gәlәrәk avtobusun yoluna çıxıb.   Araşdırma aparılır.


Xəbərə aid fotolar