Xəzəryanı ölkələrin Sammiti gələn il Astanada baş tutacaq


Digərləri 13 Dek 2017 08:30:00 273 0

Xəzəryanı ölkələrin Sammiti gələn il Astanada baş tutacaq

Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti 2018-ci ilin yazında Qazaxıstanın Astana şəhərində baş tutacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin Xəzəryanı ölkələrlə humanitar və istisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib.

Ramazan Abdulatipov qeyd edib ki, hal-hazırda Xarici İşlər Nazirlikləri xətti ilə razılaşdırmalar aparılır.