Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib


Dünya 13 Dek 2017 04:59:26 268 0

Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib

Siyasətçi qeyd edib ki, onun Ukraynada prezident ambisiyaları yoxdur

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidentliyinə namizədliyini irəli sürməyəcəyini, lakin hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, bunu o, ZIK telekanalının efirində deyib.

"Mən normal Ukrayna hökumətində birmənalı olaraq məsuliyyəti üzərimə götürməyə hazıram. Mən heç vaxt və əsla Ukrayna prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm, mənə elə gəlir ki, bu postda ukraynalılar olmalıdırlar", - deyə o əlavə edib.

Siyasətçi Ukraynada 13 ildən çox yaşadığını bildirib.

"Lakin stajlı ukraynalılar prezident olmalıdırlar, hökumətdə isə Ukraynanın tələblərindən asılı olaraq müxtəlif insanlar işləyə bilərlər", – deyə Saakaşvili əlavə edib.

O, Ukrayna prezidenti Pyotr Poroşenkodan yerli hökumətə rəhbərlik etmək təklifi aldığını, lakin o zaman bundan imtina etdiyini bildirib.