Tillerson: "Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir"


Dünya 13 Dek 2017 04:52:44 259 0

Tillerson: "Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir"

Onların əksəriyyəti Uzaq Şərq inşaatlarında çalışırlar

Şimali Koreyanın çoxlu sayda vətəndaşı Rusiya ərazisində hələ də işləyir, onların sayı təqribən 35 mindir.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantika Şurasında çıxışı çərçivəsində deyib.

"Bizim bu işçi qüvvəsi axınını dayandırmaq üçün nazir Lavrovla çoxlu səciyyəvi danışıqlarımız olub. Bu, böyük rəqəmdir – bu gün Rusiyada Şimali Koreyadan təqribən 35 min işçi var", — deyə o bildirib.