Günün qoroskopu: tərs kimi, ağlınıza da yeni heç nə gəlmir


Digərləri 13 Dek 2017 00:01:00 251 0

Günün qoroskopu: tərs kimi, ağlınıza da yeni heç nə gəlmir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Emosional fon gərgindir, bunun nəticəsində yaxınlarla münasibətlərdə çətinliklər yaranır. Hələlik onlar xırdadır, az narahatlıq yaradır, ancaq bəziləri üçün elə bu da kifayətdir ki, gələcəyi fikirləşsinlər, "köhnəlmiş" əlaqələri yenisiylə əvəz etməyə çalışsınlar. Ancaq bu istiqamətdə getməyə az adamın cəsarəti çatır. Yaxşılığa doğru dəyişikliklər olacağına ümidinizi itirməyin. Nikbinlik və istənilən hadisənin yaxşı bitəcəyinə inam bir növ uğuru cəlb edən həmayilə çevrilir.

Buğa - Çoxları hövsələsizlik edir, ətrafındakılara qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürürlər. Uzun müddət yaxşı münasibətdə olduqlarını nümayiş etdirən insanlar tez-tez mübahisə edirlər. İri sövdələr bağlamaq məsləhət deyil. Xidmət, həmçinin tibb və daşınmaz əmlak  sahəsində çalışan işçilərin işi daha çətin olacaq.

Əkizlər - Əhvalınız da, işgüzar aktivliyiniz də yerlə sürünür. Sizi doğrudan da maraqlandıran bir məşğuliyyət tapa bilmirsiniz. Adəti əyləncələr də sevindirmir. Tərs kimi, ağlınıza da yeni heç nə gəlmir. Dostlarınız və ya ailə üzvlərinizlə qurduğunuz bir çox planlar gerçəkləşməyəcək və çox güman ki, bunda elə sizin özünüzü günahlandıracaqlar. Maliyyə vəziyyətiniz yaxşı deyil, alacağınız gecikir, qənaət etmək gərəkdir.

Xərçəng - Yüksək işgüzar aktivliyinizlə seçilmirsiniz. Məşğul olduğunuz heç bir iş sizdə maraq doğurmur. Çox böyük məmnuniyyətlə öz vəzifələrinizi kiməsə tapşırardınız, ancaq belə bir "hədiyyə"ni xoşluqla qəbul edəcək adam yoxdur. İşgüzar danışıqlar, ümumiyyətlə ciddi məsələlərin həlli üçün münasib gün deyil. Məişət texnikasının qırılması, rabitə vasitələrinin sıradan çıxması mümkündür. İri alış-veriş məsləhət deyil.

Şir - Bu gün işgüzar ünsiyyət üçün münasib deyil, danışıqları təxirə salmaq, görüşlərin vaxtını dəyişmək lazımdır. Vacib qərarlar qəbul etmək olar, ancaq bir şərtlə: siz kimsənin sizə təzyiq göstərmədiyindən, sizi idarə etmədiyindən tam əmin olmalısınız. Şəxsi münasibətləri qaydasına salmaq şansı yaranır. Bunun üçün müşahidəçillik gərək olacaq. Ətrafdakıların əsl hissləri barədə onların mimikaları, jestləri, hərəkətlərinin xüsusiyyətləri xəbər verir - hamı sözü dolandırır, birbaşa demir.

Qız - Emosional fon mürəkkəb və qeyri-sabitdir. İş təkcə əhvalınızın tez-tez dəyişməsində deyil, problem daha ciddidir. Sizi mənfi emosiyalar bürüyüb, amma onların əsl səbəbini tapa bilmirsiniz. Bu səbəbdən yanınızda olan hər kəs sizə günahkar görünür. Sizin üçün çox əziz olan insanları incidə bilərsiniz. Günün ikinci yarısı vəziyyət bir qədər yaxşılaşacaq: özünüzü ələ alacaq, baş verənlərə daha soyuqqanlı yanaşacaqsınız. Çoxdan tanıdığınız bir xanımla açıq söhbət əvvəllər fikir vermədiyiniz faktlara başqa cür yanaşmağınıza imkan verəcək.

Tərəzi - Narahat gündür, işləriniz çox, vaxtınız az olacaq. İşdə hansısa məsələnin həllində çətinlik yarana bilər. Çünki güvənməyə alışdığınız adam özünü sizin heç istəmədiyiniz tərzdə aparır. Peşəkar mövqeyiniz laxlaya bilər: bu, gizli düşmənlərinizin fəaliyyətinin nəticəsidir.   Yaxınlarınız sizə dəstək olur, tərifləyirlər, ancaq indiki vaxtda bu sizə azlıq edir, real, eyni zamanda maddi köməyə ehtiyacınız var. Günün ikinci yarısı yeni, maraqlı perspektivlər açılacaq, əsas odur, özünüzü itirməyəsiniz.