Quranda şer yazmaq və şairlər barədə nə deyilir?


Digərləri 12 Dek 2017 23:55:00 287 0

Quranda şer yazmaq və şairlər barədə nə deyilir?

İslam dini İslama və əxlaqa zidd olmayan müsbət mahiyyətli şeri bəyənmiş və buna həvəsləndirmişdir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə buyurub:

"Şerin bir hissəsi hikmətdir".

Buna əlavə olaraq başda Buxari olmaqla bir çox hədis kitabında belə bildirilir ki, peyğəmbərimiz şəxsən özü şer demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə vermiş və həmin şerlərə özü də qulaq asmışdır.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, amma şer neqativ bir xüsusiyyət daşıdığı vaxt zərərli hesab olunub və pislənib. İnsanları pis yola aparan şerlə əlaqədar olaraq Quranın Şüəra (Şairlər) surəsində belə deyilir:

"O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)". (Şüəra, 26/224-226)