Bakıda minik maşını ilə avtobus toqquşub, yaralanan var - FOTO


Sosial 12 Dek 2017 23:53:54 198 0

Bakıda minik maşını ilə avtobus toqquşub, yaralanan var - FOTO

Hadisə Ramana qəsəbəsində baş verib

Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsində yerləşən Şuşa qaçqın şəhərciyi ərazisində "VAZ-2106" markalı minik avtomobili ilə 214 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusu toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü, 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oglu xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.