Biləsuvarda duman problemlər yaradıb


Digərləri 12 Dek 2017 23:37:00 256 0

Biləsuvarda duman problemlər yaradıb

Bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur

Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində qismən problemlər yaradıb.

Son.az "Report"a istinadən bildirir ki, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur. Nəticədə rayon ərazisində və eyni zamanda Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb. Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur. Sözügedən ərazilərdə bu dəqiqəyə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.