İnsanda neçə sifət cəm olsa, kifayətdir?


Digərləri 12 Dek 2017 23:40:00 276 0

İnsanda neçə sifət cəm olsa, kifayətdir?

Loğman Həkimin oğlu ondan soruşur: "Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?".

Loğman deyir: "Din".   Son.az deyerler.org-a istinadən bildirir ki, oğlu deyir: "Əgər iki dənə olsa, necə?". Deyir: "Din və mal".   Soruşur: "Əgər üç dənə olsa, necə?". Deyir: "Din, mal, həya".   Soruşur: "Əgər dörd dənə olsa, necə?". Deyir: "Din, mal, həya və gözəl xasiyyət".   Soruşur: "Əgər beş dənə olsa, necə?". Deyir: "Din, mal, həya, gözəl xasiyyət, səxavət".   Soruşur: "Əgər altı dənə olsa, necə?". Deyir: "Oğlum! Nə zaman insanda bu beş sifət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar və şeytandan pak olar". (Həvzəh)   Allah Təala bizlərə bu xüsusiyyətlərə yiyələnmək tofiqatı qismət etsin.