ABŞ Türkiyənin Rusiyadan S400 almasından narahatdır


Dünya 12 Dek 2017 23:23:00 272 0

ABŞ Türkiyənin Rusiyadan S400 almasından narahatdır

ABŞ Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması ilə bağlı narahatlığını ifadə etməkdə davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya üzrə köməkçisi Vess Mitçhel deyib:

"Biz Türkiyə ilə müttəfiq olaraq işləməyə davam edirik və S-400 də daxil olmaqla, bir çox sahələrlə bağlı narahatlıqlarımızı ifadə etməkdə davam edirik".

Qeyd edək ki, daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib ki, bu həftə ərzində Türkiyə Rusiyadan S-400 raket əleyhinə sistemlərin alınması ilə bağlı qərar verəcək.