İntihar əcəldir? Qəti hökmü nədir?


Digərləri 12 Dek 2017 21:55:00 251 0

İntihar əcəldir? Qəti hökmü nədir?

Bu elə bir mövzudur ki, bunun üçün ayrı bir dərs keçmək lazımdır. Əlbəttə ki, heç kəsin özünü öldürməyə ixtiyarı yoxdur. Yəni, Allahın verdiyi canı ancaq O ala bilər. Quranda deyilir ki, özünüzü öldürməyin. Deməli, Allah Təala bizə buyurur ki, özümüzü həmişə qoruyaq. Onsuz da başımıza nə gəlirsə, səhlənkarlıqdan və ayağımızı boş buraxmağımızdan gəlir.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, intihar etmək haramdır. Bu barədə peyğəmbərimizdən (s. a. v.) nəql olunan mötəbər hədislər var. Həmin hədisləri və intihar haqqındakı başqa bir sual-cavabı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/400.html

Keçək sualınızın ikinci hissəsinə. İntihar təbii ki, bir əcəldir. Amma necə bir əcəl? Bizim "Quran işığında doğru bildiyimiz yanlışlar" adlı kitabımızın "Əcəl" fəslini oxusanız, bu barədə ətraflı məlumat əldə edərsiniz.

Allah Təala insanlara onları yaratdığı vaxt ana bətnində bir əcəl müəyyənləşdirir. Yəni, bu, insan bədəninin yaşamaq müddəti, bir növ həyata qarşı davamlılıq müddətidir. Həkimlər buna baxırlar: Bu bədən xəstələnməsə və hər hansı bir qəzaya məruz qalmasa, neçə il yaşayar?

Əlavə olaraq, Allah Təala "əcəli müsəmma" adlanan bir əcəl müəyyənləşdirir. Bu da öz növbəsində insanın ən çox yaşayacağı müddətdir. Amma insanlar yol verdikləri səhvlərlə bu əcəlin müddətini qısalda bilirlər.