Onlayn kitabxanada audiokitabların sayı


Digərləri 12 Dek 2017 21:41:00 282 0

Onlayn kitabxanada audiokitabların sayı

Görmə məhdudiyyəti olan şəxslər üçün onlayn kitabxanada audiokitabların sayı iki dəfədən çox artırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə layihəyə yaxın mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, bazadakı kitablar barədə "1541" telefon nömrəsi vasitəsilə məlumat almaq olar: "Hazırda onlayn audiokitabxanada 300 audiokitab var. Bu ilin əvvəlindən bazaya 206 kitab daxil edilib".

Hazırda istifadəçilərin sayı 3,3 min nəfərə yaxındır, onlayn kitabxanaya daxil olan zənglərin sayı isə 45 mini ötüb.

Kitabxanada aşağıdakı janrlarda kitablar yer alır: şifahi xalq ədəbiyyatı, müasir ədəbiyyat, klassik ədəbiyyat, xarici ədəbiyyat, dini ədəbiyyat, uşaq ədəbiyyatı, tarixi ədəbiyyat, poeziya və nağıllar.