Məşhur yazıçılar yazanda nə yeyib, nə içirlərmiş?


Digərləri 12 Dek 2017 21:35:00 257 0

Məşhur yazıçılar yazanda nə yeyib, nə içirlərmiş?

Sənətə gedən yol mədədən keçir. Dünyaca məşhur yazıçılar yazanda nə yeyirlər? 

Son.az lent.az-a istinadən məşhur yazıçıların sevdikləri qidaları təqdim edir.

1. Hər gün yazmağa başlamamışdan qabaq bir dilim çizkeyk yeyən Stefan Kinq əsl qurmandır. Belə ki, özü kimi yazıçı olan həyat yoldaşı Tabitha Kinq ilə yaxşı balıq bişirdiyi üçün evləndiyini deyir.

2. Qəribə yemə tərzi olan F.Skott Fitscerald üç öynə tuşonka və alma yeyirmiş.

3. Modern dünya ədəbiyyatının əvəzedilməz siması Frans Kafkanın sevimli içkisi süd imiş.

4. Con Steynbekin əvəzedilməz yeməyi isə qızarmış çörək və boyat qəhvə olub.

5. Gününün çoxunu nəsə içərək keçirən Truman Kapotenin gündəlik içki siyahısı belədir: səhər 11-də qəhvə, günorta 12-də nanəli çay, günortadan sonra 2-də şerri adlı ispan şərabı, saat 4-də isə martini.

6. Marsel Prust yazanda yanında mütləq italyan qəhvəsi espresso olmalı idi.

7. Qida problemi olan ingilis şair Lord Bayron isə iştahazaldıcı kimi sirkədən istifadə edirmiş.