İranda baş verən güclü zəlzələnin Azərbaycan üçün
Digərləri 12 Dek 2017 21:37:00 256 0
İranda güclü zəlzələlər davam edir. Ötən gün 6, bu gün isə 6,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Sonradan isə ard-arda bir neçə titrəyişlər müşahidə edilib. İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, bu dəfə də İran və İraq sərhədində qeydə alınan zəlzələnin episentri 46 kilometr dərinlikdə olub.
Son.az ölkə.az-a istinadən bildirir ki, zəlzələ Türkiyə və Küveytdə də hiss edilib. Bundan əvvəl isə İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib. Bu zaman 500-dən çox insan ölüb, 12 mindən çox insan xəsarət alıb.
İran region baxımından Azərbaycana ən yaxın sərhəd dövlətidir. Həmişə orada baş verən təbii fəlakətlərin Azərbaycanın ən yaxın rayonlarında az da olsa təsiri hiss edilir.
Bəs bu yeraltı təkanların Azərbaycan üçün nə qədər təhlükəsi var?
Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bildirib ki, dünəndən bəri İranda qeydə alınan zəlzələlər afterşoklardır. Onun sözlərinə görə, bu yeraltı təkanların Azərbaycan üçün heç bir təhlükəsi yoxdur.