Rza Zərrabın şahidliyi, ifadəsi və taktikası


Dünya 12 Dek 2017 21:27:00 282 0

Rza Zərrabın şahidliyi, ifadəsi və taktikası

Səkkiz gün çəkdi. Rza Zərrabın ifadəsi hər gün səhər 9.15-də başladı və axşam 5-də bitdi.

Verilən məcburi yemək fasilələrini, vəkillər və hakim arasında kiçik iclasları, Zərrabın aldığı taktika fasilələrini saymasaq, o, aşağı-yuxarı 48 saat ərzində ona verilən suallara cavablar verdi. Onun vəzifəsi də bu idi.

O kresloya doğrunu, sadəcə, doğrunu demək üçün oturmuşdu. Tez-tez təkrarlayırdı:

"Dediklərini xatırlamıram, amma bura 100% doğruları söyləmək üçün oturduğum üçün kimisə çaşdırmaq istəmirəm, əfəndim!"

O, 12 məhkəmə andlısı, ehtiyat andlılar, prokurorlar, vəkillər, hakim və onun etiraflarını dinləmək üçün gələn axın-axın, salon dolu insana yüksək reytinqli şousunu göstərdi və hər səhər girdiyi qapıdan səkkizinci günün sonunda ona təşəkkür edildikdən sonra getdi.

Son.az BBC-yə istinadən bildirir ki, məhkəmə bitməsə də Zərrabın hissəsi bitdi.

O, bu sorğuya aylarla hazırlaşdırılıb. Zərraba tez-tez "bəli və ya xeyr deyə cavab verin" deyilsə də, onun qısa cavabların insanı olmadığı aydın idi və o, elə uzun danışırdı ki, nə dəftər, nə qələm çatırdı.

"Bir vaxtlar mən də jurnalist idim, indi maraqdan baxıram" kamuflyajı altında məhkəməni seyr edən, Zərrabın ağzından çıxan hər şeyi qeyd edənlər də bezdi.

Hər gün Queensten-dən məhkəməni seyr etməyə gələn bir qrup ev xanımı da həvəslə yazırdılar. Onlar burada olanları Türkiyədəki qohumlarına danışırlarmış.

Zərrab sorğusunun son gününə qədər ona verilən taktikaları istifadə etdi. Bir öyrətmişdilərsə, o, beş nümayiş etdirdi.

Bəlli ki, başı çox işləyir. Suallara sualla cavab verib, həm vaxtlarını aldı, həm də əsəblərini gərdi.

İllərin vəkili Cathy Fleming də ən yaxşı həmlələrindən birini etdiyini sanarkən, Zərrabın düzəlişinə məruz qaldı: "Güman edirəm səhv oxudunuz, xanım, xahiş edirəm, bir də oxuyun! Fleming bir daha oxudu və "Üzr istəyirəm, sualımı geri alıram!", dedi.