Bakıda qətl: Qayınata gəlnini güllələyib


Digərləri 12 Dek 2017 21:02:00 228 0

Bakıda qətl: Qayınata gəlnini güllələyib

Bakıda qayınata gəlnini güllələyərək amansızlıqla qətlə yetirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ağır cinayət paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Hacağa Abbasov küçəsində yaşayan qəsəbə sakini Seyidmalik Məmmədov öz gəlni 24 yaşlı Aysel Məmmədovanı ov tüfəngi ilə vuraraq öldürüb. Atəş səsinə çıxan qonşular və ailə üzvləri cinayəti görən kimi polisə məlumat veriblər. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Meyit müayinə olunması üçün rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, gəlnini öldürməkdə şübhəli bilinən Seyidmalik Məmmədov özü ərazi üzrə 14-cü polis bölməsinə gələrək təslim olub. Hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi isə hadisə yerindən götürülüb. İfadəsi zamanı Seyidmalik Məmmədov Aysel Məmmədovanın ərinə xəyanət etdiyi üçün öldürdüyünü deyib. İddialara görə, Aysel Məmmədova qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir. Bu gün səhər saatlarında isə Neft Daşlarında SOCAR-ın "Neftqaztikinti" Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Anar Əsgərov və Azər Xalıqov arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. SOCAR-dan verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. Azər Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.


Xəbərə aid video