Evlərə qənim kəsilən oğru tutuldu VİDEO


Digərləri 12 Dek 2017 21:03:00 235 0

Evlərə qənim kəsilən oğru tutuldu  VİDEO

Yeni tikilən bağ evlərini qarət edən şəxs saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Xocahəsən qəsəbəsində baş verib. Bir neçə qəsəbə sakini ərazi üzrə 40-cı polis bölməsinə məlumat verib ki, yeni tikilən həyət evlərindən xeyli sayda elektrik kabelləri oğurlanıb. Rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları şübhəli şəxs qismində Xocəsən qəsəbə sakini Zaur Abbasovu saxlayaraq məsuliyyətə cəlb edib. İlkin ifadəsi zamanı Zaur Abbasov Binqədi rayonu ərazisində 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdiyini etiraf edib. Araşdırma zamanı onun evlərdən məişət əşyaları, naqillər və digər ləvazimatlar oğurladığı məlum olub. Qeyd edilən faktla bağlı Binəqədi rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb.


Xəbərə aid video