İran da BakıTbilisiQars dəmir yolu xəttinə qoşula bilər VİDEO


Dünya 12 Dek 2017 21:08:00 237 0

İran da BakıTbilisiQars dəmir yolu xəttinə qoşula bilər  VİDEO

İran prezidenti Həsən Ruhaninin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi gözlənilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, İran prezidenti Həsən Ruhani səfər çərçivəsində Azərbaycan-İran birgə avtomobil zavodunun açılışında da iştirak edə bilər. Səfir həmçinin İranın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula biləcəyini də deyib. Onun sözlərinə görə, hazırda bu məsələ İran rəhbərliyinin gündəmindədir və yaxın vaxtlarda bununla bağlı məlumat veriləcək. Səfir, Qüds məsələsinə də münasibət bildirib. O, deyib ki, İran Qüds məsələsinə həssas yanaşır və regionda sülhün təmin olunmasının tərəfdarıdır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərə aid video