Xəzərin su səthinin bölünməsi ayrıca sazişlə


Digərləri 12 Dek 2017 21:09:00 255 0

Xəzərin su səthinin bölünməsi ayrıca sazişlə

Xəzərin su səthinin bölünməsi prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Xəzərin təkinin üzbəüz və yanaki dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulur ki, bu sektorlarda xəzəryani dovlətlər mineral ehtiyatların hasilatı və işlənməsində suveren hüquqlara malikdirlər. Razılaşdırılan konvensiya layihəsində su səthi üzrə müəyyən zonalar müəyyən olunub. 15 millik zona dövlətin suveren ərazisi kimi qəbul olunub. 15 milə əlavə olaraq 10 mil balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə qalır. Nazir müavini qeyd edib ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur.


Xəbərə aid video