Əmanətdarlıq, sədaqət, təqva, gözəl əxlaq, iffət


Digərləri 12 Dek 2017 21:10:00 278 0

Əmanətdarlıq, sədaqət, təqva, gözəl əxlaq, iffət

İmam Cəfər Sadiq (ə) Əhli-Beyt (ə) davamçılarının sifətlərini bəlli etmişdir.

Əmanət və sədaqət. Son.az deyerler.org-a istinadən bildirir ki, Əhli-Beyt (ə) davamçısının ən mühüm sifəti - əmanətdarlığı və sədaqəti olmalıdır. Əbi Usamə ibni Zeyd nəql edir ki, İmam (ə) buyurdu: "Bizim salamımızı hər kim bizim ardıcılımızdır və sözlərimizə diqqət edir, çatdır və mənim tərəfimdən de: "Mən sizə dininizdə təqvaya, Allah yolunda səy göstərməyə, düz danışmağa və əmanətdarlığa, uzun səcdələrə, yaxşı həyat yoldaşı olmağa... tövsiyə edirəm. Sizlərdən hər kim dinində müti olsa, düz danışsa, əmanəti qaytarsa və insanlarla əxlaqını gözəl etsə insanlar deyərlər ki, o, Cəfəri məzhəbindədir. Bu, məni şad edər. Ancaq əgər bunun əksinə olarsa, giriftarlığı mənə çatar. Deyilər ki, bu da İmam Sadiqin (ə) tərbiyəsinin təsiri"".

Təqva və yaxşılıq. İmam (ə) buyurur: "Bizim davamçımız hidayət əhlidir, təqva əhlidir, yaxşılıq əhlidir, iman əhlidir və qələbə, müvəffəqiyyət əhlidir".

Namazı qorumaq. İmam Cəfər Sadiq (ə) buyurur: "Bizim davamçıları üç (vaxtda) imtahan edin: namaz vaxtı ki, ona necə riayət edirlər. Sirləri necə bizim düşmənlərimizdən qoruyurlar. Mallarında necə qardaşları ilə həmdərdlik edirlər".

Ətəkləri iffətlidir. İmam (ə) buyurur: "Əli (ə) şiəsi o kəsdir ki, qarın və ətək iffətinə malik olar. Səyi çox və əməli Allah üçün olar. Ondan, savab ümidi olar və cəzasından qorxar. Ona görə də əgər belə insanı görsən, onlar - Cəfəri şiələridir".