58 minə yaxın "Volkswagen Touareg" geri çağırılır


Dünya 12 Dek 2017 21:00:00 240 0

58 minə yaxın "Volkswagen Touareg" geri çağırılır

Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min "Volkswagen Touareg" avtomobilini geri çağırır.

Son.az Trend-ə istinadən bildirir ki, onlardan 25,8 mini ölkə daxilinə, qalanları isə digər ölkələrə satılan avtomobillərdir. Səbəb avtomobillərdə işlənmiş qaz təmizləyici sistemin işində yaranmış nasazlıqdır.