Ağsuda iki uşağı avtomobil vurdu


Digərləri 12 Dek 2017 20:04:00 223 0

Ağsuda iki uşağı avtomobil vurdu

Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZ 3110" markalı minik avtomobili yolu keçən iki uşağı vurub. Hadisə zamanı ağır xəsarətlər alan uşaqlar Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.