58 minə yaxın "Volkswagen Touareg" geri çağırılır


Digərləri 12 Dek 2017 19:54:00 222 0

58 minə yaxın "Volkswagen Touareg" geri çağırılır

Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min "Volkswagen Touareg" avtomobilini geri çağırır.

Bakı. Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min "Volkswagen Touareg" avtomobilini geri çağırır. Trend-in məlumatına görə, onlardan 25,8 mini ölkə daxilinə, qalanları isə digər ölkələrə satılan avtomobillərdir. Səbəb avtomobillərdə işlənmiş qaz təmizləyici sistemin işində yaranmış nasazlıqdır.