Bu il 95 minə yaxın şəxs peşə hazırlığına cəlb edilib


Digərləri 12 Dek 2017 19:36:00 255 0

Bu il 95 minə yaxın şəxs peşə hazırlığına cəlb edilib

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə əlavə olaraq 15 min nəfərə yaxın şəxs peşə hazırlığı kurslarına və peşəyönümü tədbirlərinə cəlb edilib.

Son.az  Trend-ə istinadən xəbər verir ki, ümumilikdə bu ilin yanvar-noyabr aylarında 94 917 nəfərin peşə hazırlığına və peşəyönümü tədbirlərə cəlb edilməsi təmin olunub.

Onlardan yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan 91 406 nəfər gənc peşəyönümü tədbirləri vasitəsilə əmək bazarının mövcud vəziyyəti, iqtisadi inkişaf şəraitində işəgötürənlərin əmək bacarıqlarına olan tələbləri barədə məlumatlandırılıb. Bu tələblərə uyğun peşə və ixtisas seçiminin gənclərin gələcək məşğulluqları və uğurlu karyeraları üçün vacib şərtlərdən olduğu onların diqqətinə çatdırılıb, gənclərə zəruri peşəyönümü tövsiyələr, dövlət məşğulluq xidmətləri barədə məlumatlar verilib. İşsiz və işaxtaran vətəndaşların rəqabət qabiliyyətli peşələrə yiyələnmələri və bununla əmək bazarına çıxış imkanı əldə etmələri üçün yanvar-noyabr aylarında bu təbəqədən olan 3 226 nəfər şəxs ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb olunub. Modul tədris üsullarının da tətbiq edildiyi kursların yekununda onlara peşə sertifikatları verilib.