Azərbaycan banklarının ehtiyatları il ərzində azalıb - 15 faiz


Digərləri 12 Dek 2017 19:39:17 225 0

Azərbaycan banklarının ehtiyatları il ərzində azalıb - 15 faiz

2017-ci ilin noyabrın 1-dək Azərbaycanda bank ehtiyatları 2,11 milyard manat təşkil edib

Bakı. Ənvər Məmmədov - 2017-ci ilin noyabrın 1-dək Azərbaycanda bank ehtiyatları 2,11 milyard manat təşkil edib. Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir. Hesabata əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır. Ötən il bu rəqəm 2,48 milyard manat təşkil edib. 2017-ci il oktyabrın sonunda ölkədə genişləndirilmiş pul bazası 9,83 milyard manata bərabər olub. Bu rəqəm ötən ilin oktyabrı ilə müqayisədə 11,8 faiz çoxdur. Ötən ilin oktyabrında bu, 8,79 milyard manat təşkil edib.