İranda zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb - YENİLƏNİB


Dünya 12 Dek 2017 19:18:00 236 0

İranda zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb - YENİLƏNİB

Bir neçə kənddə evlərə ciddi ziyan dəyib, elektrik xətləri və su təchizatı sistemləri sıradan çıxıb

İranın qərbində, Kerman əyalətində baş vermiş 5.7 bal gücündə zəlzələ nəticəsində ən azı 18 nəfər yaralanıb. 

"Report"un TASS-a istinadən xəbər verir ki, bir neçə kənddə evlərə ciddi ziyan dəyib, elektrik xətləri və su təchizatı sistemləri sıradan çıxıb. 

*** 13:55

İranda 6,2 bal gücündə zəlzələ olub.

”Report” xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmologiya Mərkəzi yayıb. 

Zəlzələ günorta saatlarında baş verib.

Yeraltı təkanların mərkəzi İranın cənub-qərbində yerləşən Kirman əyalətinin Hejdak qəsəbəsində olub və 10 km. dərinlikdə qeydə alınıb.

Təbii fəlakət bölgəsinə xilasedicilər və həkim briqadaları cəlb olunub. 

Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib.