Sabah paytaxtın bu hissələrində su olmayacaq


Digərləri 12 Dek 2017 19:15:00 222 0

Sabah paytaxtın bu hissələrində su olmayacaq

Sabah paytaxtın bir sıra hissələrində su məhdudiyyətlə veriləcək.

"Azərsu" ASC-dən Son.az-a verilən məlumata görə, Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar dekabrın 13-də gün ərzində Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.