Brüsseldə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb


Digərləri 12 Dek 2017 19:00:00 234 0

Brüsseldə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Brüsseldə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, NATO yanında Daimi Nümayəndəliyi və yerli diaspor təşkilatlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

Bakı. Brüsseldə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, NATO yanında Daimi Nümayəndəliyi və yerli diaspor təşkilatlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən səfir Fuad İsgəndərov ulu öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu diqqətə çatdıran F.İsgəndərov onun siyasəti və siyasi nailiyyətlərinin daim yaşadılmasının önəmini vurğulayaraq, bütün həmvətənlərimizi Heydər Əliyev irsinin qorunub saxlanılmasında yaxından iştirak etməyə səsləyib. Mərasim zamanı çıxış edən digər qonaqlar da Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminlik bildiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin