"Expo2025" sərgisi üzrə qiymətləndirmə missiyası 2018ci ilin yazında Bakıya gələcək FOTO


Digərləri 12 Dek 2017 18:40:00 238 0

"Expo2025" sərgisi üzrə qiymətləndirmə missiyası 2018ci ilin yazında Bakıya gələcək  FOTO

Beynəlxalq Sərgilər Bürosunun "Expo-2025" sərgisinin keçirilməsinə hazırlıq layihəsi üzrə qiymətləndirmə missiyası 2018-ci ilin yazında Bakıya səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes Bakıda mətbuat konfransında deyib.

D.Kerkentzes Bakıda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib:

"Son iki gün ərzində Bakıda "Expo-2025" beynəlxalq sərgisinə namizəd şəhər qismində aparılan hazırlıqlarla tanış olmaq məqsədilə mühüm görüşlər keçirdim. Mənim üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşmək böyük şərəf idi. Bundan başqa, maliyyə naziri Samir Şərifov və gənclər və idman naziri Azad Rəhimovla layihənin gələcəyi barədə danışıqlar aparmışam. Bu, çox vacib andır, çünki "Expo-2025" sərgisinin təşkili təkcə Bakı üçün lokal layihə deyil, bütün Azərbaycan üçün ümummilli layihədir".

Onun sözlərinə görə, eyni zamanda, tərəflər bu layihə üçün xüsusi olaraq yaradılmış işçi qrupu, əməliyyat komitəsi və katibliklə Beynəlxalq Büronun gələn ilin mart-aprel aylarında Bakıya göndəriləcək qiymətləndirmə missiyasının hazırlanmasına yönəlmiş birgə işləri davam etdirirlər: