Prokuror Bakıda arvadına baxan taksi sürücüsünü öldürən şəxsə cəza istədi


Digərləri 12 Dek 2017 18:12:00 196 0

Prokuror Bakıda arvadına baxan taksi sürücüsünü öldürən şəxsə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report.az-a istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında C.Əbdülməmmədin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib. Qeyd edək ki, C.Əbdülməmməd Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. İttiham aktına əsasən, o, Vasif Ağammədovu qətlə yetirib. Məlumata görə, V.Ağammədov Bakıda taksi sürücüsü işləyirmiş.