İsrail Qəzza zolağına hava zərbəsi endirdi


Dünya 12 Dek 2017 17:44:00 232 0

İsrail Qəzza zolağına hava zərbəsi endirdi

Qəzza zolağına İsrailin endirdiyi hava zərbələri nəticəsində fələstinli iki mülki şəxs ölüb.

Son.az report-a istinadən xəbər verir ki, İsrailin Pilotsuz Uçan Aparatından endirdiyi zərbə motoskletlə hərəkətdə olan iki nəfərin üzərinə düşüb.

İsrail rəsmiləri bildirib ki, ölənlər "Fələstin İslami Cihad Qrupunun" üzvləridir.