Bosniya Futbol Federasiyasını Terim qonaq edib


İdman 12 Dek 2017 17:34:00 261 0

Bosniya Futbol Federasiyasını Terim qonaq edib

Ötən həftə İstanbula gələn Bosniya Futbol Federasiyası nümayəndələri ilə Fatih Terim arasında baş tutan görüşə aid maraqlı məqam açıqlanıb. Goal.az xəbər verir ki, Terimlə görüşən heyətdə yer alan Tarık Hodziç türkiyəli mütəxəsisin qonağı olduqlarını deyib.

"Mətbuatda yayılan xəbərlərin əksinə olaraq, biz heç nəyə pul xərcləmədik. Çünki şəxsi avtomobil daxil, gecələmə, səyahət, qidalanma xərclərimiz Fatih Terim tərəfindən qarşılandı. Terim yaxın dostumdur. Danışıqlar zamanı tərcüməçi mən idim, puldan söhbət getmədi. O, böyük məşqçidir. İstədiyi məvacibi bir sponsordan çıxar bilən adamdır. Məncə, Fatih Terim bizə maliyyə baxımından yük olmazdı".

Terimlə 3.5 saat aparılan danışıqlarda Zvezdn Misimoviç və Sead Kaytaz da iştirak edib.