İtaliyada fövqəladə vəziyyət gündəmdə SƏBƏB


Dünya 12 Dek 2017 17:19:00 281 0

İtaliyada fövqəladə vəziyyət gündəmdə  SƏBƏB

İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib.

Son.az Trend-ə istinadən bildirir ki, Avstriyada baş vermiş hadisədən sonra İtaliyaya Rusiyadan qaz verilişi dayandırılıb.

Nazir verdiyi açıqlamada Transadriatik boru kəməri (TAP) layihəsinin bu məsələdə vacibliyini vurğulayıb: "Əgər TAP olsaydı, biz Avstriyadakı partlayışa görə fövqəladə vəziyyət elan etməzdik".