AZFAR Biznes Liqanın yarımfinal oyunları (FOTO)


Digərləri 12 Dek 2017 16:33:20 254 0

AZFAR Biznes Liqanın yarımfinal oyunları (FOTO)

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.

Bakı. Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir. Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION). Həftənin bazar günü, Azfar Group meydançalarında, ABL Cup 2017/18 turnirinin yarımfinal oyunları keçirildi. Yarımfinala vəsiqə qazanan komandalar Polatyol-Azecolab, Azersun-Universal bu dəfə finala qatılmaq üçün öz güclərini sınadılar. Azecolab komandası güclü rəqibinə qalib gəlməyə nail oldu. Oyunun ilk anlarından, qarşılaşmanın maraqlı keçəcəyi hiss olunurdu. Çünki hər iki komanda bu günə qədər meydançada daim maraqlı və güclü oyun nümayiş etdirib. Azecolab komandasının yetəri qədər güclü heyyətə malik olması heç kəs üçün sirr deyil. Dəqiq və çevik oyunu ilə fərqlənən Taleh Haqverdiyev, Elvin Əlizadə, Samir Bayramov meydançada maraqlı oyun nümayiş etdirərək, daim izləyici marağına səbəb olmağa nail olublar.