"Dünyanın ən yaxşı 2 futbolçusu ilə eyni komandada oynamağımla öyünə bilərəm"


İdman 12 Dek 2017 16:14:00 246 0

"Dünyanın ən yaxşı 2 futbolçusu ilə eyni komandada oynamağımla öyünə bilərəm"

"Barcelona" və Portuqaliya millisinin müdafiəçisi Nelson Semedo həmyerlisi Kriştianu Ronaldonun bu mövsüm çıxışı barədə danışıb. Goal.az "Sport"a istinadən xəbər verir ki, Semedo onun Primerada qeyri-məhsuldar oyununda "Real"ın da rolunu qeyd edib.

"Ronaldo çempionatda əvvəlki qədər qol vurmur. Amma məhsuldar ötürmələr verir və Çempionlar Liqasında fərqlənməkdə davam edir. La Liqada qol vurmaq çətinlik çəkməsi, ümumilikdə "Real"ın problemidir. Ronaldo zədələr alıb əvvəlki qədər qol epizodu yaratmasa da, hələ də əla oyunçudur. Bir sıra futbolçunun Messi və Ronaldo ilə forma dəyişmək imkanı var. Mənsə dünyanın ən yaxşı 2 futbolçusu ilə eyni komandada oynamağımla öyünə bilərəm. Bu, şərəf mənə və Andre Qomeşə məxsusdur".