Paytaxtda daha bir küçədə təmir gedir (FOTO)


Digərləri 12 Dek 2017 16:11:00 259 0

Paytaxtda daha bir küçədə təmir gedir (FOTO)

Hazırda küçənin asfaltlanması işləri aparılır.

Bakı. Samir Əli - Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb. “Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir. Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb vəhərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min m2 ərazinin asflatlanması nəzərdə tutulub. Bundan başqa küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzüləcək.