Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək


Siyasət 12 Dek 2017 15:37:07 269 0

Ədliyyə işçilərinə müalicə üçün birdəfəlik müavinət yalnız nağdsız qaydada veriləcək

Fikrət Məmmədov əmr imzalayıb

Azərbaycanda ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsiz qaydada veriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qaydanın 3-cü (Müavinətin ödənilməsi) maddəsinin 2-ci bəndindən “nağd” sözü çıxarılıb. Yəni ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsız qaydada ödəniləcək.