Daşnaklara qarşı savaşan polkovnik Məmməd Ağpolad kim olub?


Digərləri 12 Dek 2017 15:25:00 243 0

Daşnaklara qarşı savaşan polkovnik Məmməd Ağpolad kim olub?

AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediyasında" Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan əsilli polkovniki,1918-1922-ci illərdə öncə Azərbaycanın, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda mübarizə aparan Məmməd Ağpoladın məqaləsi yaradılıb.

Qeyd edək ki, polkovnik Məmməd Ağpolad Azərbaycan Cümhuriyyət ordusunun 1-ci Topçu briqadasının, I divizyonunda batareya komandiri leytenant Məmməd Rza oğlu Rzayevdir.

Son.az bildirir ki, Türkiyədə soyad qanunu çıxdıqdan sonra o, Ağpolad soyadını götürüb. Məmməd bəy 1897-ci ildə Gəncə şəhərinə İmamalı məhəlləsində anadan olub.