Hindistanda Maradonaya heykəl qoyuldu - FOTO
İdman 12 Dek 2017 15:21:00 241 0
Hindistanda argentinalı futbol əfsanəsi Diyeqo Maradonanın heykəli qoyulub. Goal.az xəbər verir ki, heykəlin təqdimatı dekabrın 11-də Kalkutta şəhərində baş tutub. Onun hündürlüyü 3.5 metr təşkil edir. Heykəl Maradonanı 1986-cı il dünya çempionatnın kuboku ilə əks etdirir. Diyeqo abidənin açılışında şəxsən iştirak edib.
Mənbə: goal.az