Lui van Qaal: "Manchester United" indi daha darıxdırıcı oynayr"


İdman 12 Dek 2017 15:11:00 260 0

Lui van Qaal: "Manchester United" indi daha darıxdırıcı oynayr"

"Manchester United"in sabiq baş məşqçisi Lui van Qaal komandanın hazırki oyunu barədə fikirlərini bildirib.

Goal.az xəbər verir ki, holland mütəxəsis "qırmızı şeytanlar"ın müdafiədən oynamasına diqqəti çəkib.

"Manchester United"də mövcud şərtlər nəzərə alınsa, karyeramın ən uğurlu ilini keçridim. Yaxşı futbol oynayırdıq. Amma həmin oyun tərzi İngiltərədə sevilmirdi. Buna baxmayaraq indi Mourinyonu heç kim tənqid etmir. Halbuki onun komandası mənim dövrümə nisbətən daha darıxdırıcı oynayır. Mançester derbisində "Manchester City"nin tərzinə üstünlük verərdim. Klubda keyfiyyətli oyunçular olmalıdır. Aydın görünür ki, ən yaxşı komanda "City"yə məxsusdur.

Hazırda "United" müdafiədən oynayır. Mənim vaxtımda hücumameyilli oynayırdıq. Rəqiblərin bizimlə oyunda qapı önündə "avtobus park etməsi" buna sübutdur. İndisə Mourinyo müdafiə yönümlü taktikadan istifadə edir deyə rəqiblər daha rahatdır".