ƏddisƏbəbədə Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə anılıb FOTO


Siyasət 12 Dek 2017 14:24:00 213 0

ƏddisƏbəbədə Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə anılıb  FOTO

Əddis-Əbəbədə ulu öndər Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə anılıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Səfirlik tərəfindən Əddis-Əbəbə Universitetinin nəzdində fəaliyyət göstərən Qullele Botanika Bağında Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında səfir Elman Abdullayev, Səfirliyin əməkdaşları, Əddis Əbəbə Universitetinin və Qullele Botanika Bağının nümayəndələri iştirak ediblər. Ağacəkmə aksiyası zamanı Afrika və xüsusilə Efiopiya iqliminə uyğun olan müxtəlif növ ağaclar və güllər əkilib.

Ağacəkmə aksiyasından sonra ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Səfirlik tərəfindən Əddis-Əbəbədə yerləşən 4 məktəbin aztəminatlı ailələrdən olan şagirdlərinə xeyriyyə məqsədilə nahar süfrəsi təşkil edilib. Nahar zamanı 120-yə yaxın aztəminatlı ailələrin uşaqları iştirak edib. Tədbirin sonunda məktəblərin rəhbərlikləri adından çıxış edən xanım Dename Debero Efiopiyada ehtiyacı olan uşaqlara və ailələrə bu cür qayğı göstərdiyinə görə Azərbaycan Respublikasına dərin təşəkkürünü bildirib. O, bu cür addımı Efiopiyanın gələcək nəsli üçün önəmli mənəvi dəstək kimi qiymətləndirib.

Tədbirlər zamanı səfir Elman Abdullayev müstəqil Azərbaycanın memarı və qurucusu, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycanın dünyada nüfuzunun artmasında tarixi rolunu qeyd edən səfir Ulu Öndərin hər zaman xalqının yanında olduğunu vurğulayıb. Həmçinin, səfir E.Abdullayev 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı məhv olmaq və parçalanmaq təhlükəsindən qurtardığını və gələcək nəsillər üçün inkişaf strategiyasını müəyyənləşdirdiyini qeyd edib.


Xəbərə aid fotolar