BMT: Azərbaycanda inflyasiya azalacaq,


Digərləri 12 Dek 2017 14:28:00 263 0

BMT: Azərbaycanda inflyasiya azalacaq,

2017-2018-ci illərdə Azərbaycanda inflyasiyanın azalma tempi Gürcüstan və MDB ölkələri ilə müqayisədə daha ciddi olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir.

Qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 12 faiz olacaq, lakin gələn il 5,9 faizədək azalacaq. 2019-cu ildə isə inflyasiya cüzi artaraq 7,5 faiz təşkil edəcək.

BMT-nin proqnozuna əsasən, regionun digər ölkələrində - Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynada inflyasiyanın azalma tempi 0,3-3 faiz bəndi təşkil edəcək. Ermənistan, Türkmənistan və Rusiyada isə inflyasiyanın artmı proqnozlaşdırılır.

BMT-nin MDB və Gürcüstanda inflyasiya üzrə tam proqnozu (faizlə):

 

2017-ci il

2018-ci il

2019-cu il

Neft ixracatçıları

4,6

4,7

4,3

Azərbaycan

12

5,9

7,5

Qazaxıstan

7,6

6,1

5,7

Rusiya

3,9

4,4

3,9

Türkmənistan

5,6

6

4,6

Özbəkistan

10,5

8,1

7,6