Qahirədə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib


Digərləri 12 Dek 2017 14:26:00 220 0

Qahirədə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Qalyubiyyə vilayətinin Kanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan parkında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Qalyubiyyə vilayətinin Kanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan parkında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib. Misir-Azərbaycan parkında Ulu Öndərin heykəli önündə keçirilən anma tədbirində Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”-in üzvləri, burada təhsil alan tələbələrimiz, Qalyubiyyə Qubernatorunun mədəniyyət və təhsil məsələləri üzrə müavinləri, Qubernatorluğun yaşıllaşdırma və parklar idarəsinin rəisi, parkda yerləşən xeyriyyə-təhsil mərkəzinin rəhbərliyi, misirli məktəblilər iştirak ediblər. Ulu Öndərin xatirəsi anılaraq, heykəli önünə gül-çiçəklər buraxılıb. Parkda yerləşən xeyriyyə təhsil ocağına gələn tədbir iştirakçıları burada təşkil olunan foto-sərgi və Azərbaycanla əlaqədar stendlərə baxıblar. Sonra səfir Tural Rzayev Ulu Öndərin keçdiyi zəngin həyat yolundan, Azərbaycan tarixindəki misilsiz rolundan tədbir iştirakçılarına məlumat verib, misirli məktəblilərə hədiyyələr təqdim edib. Qahirədəki səfirliyimizin binasında da anma tədbirlərində, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub, Ulu Öndər barədə film seyr edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anılma tarixi Misirin Middle East News Agency xəbərlər agentliyi tərəfindən da geniş işıqlandırılıb, bu barədə məlumat bir sıra digər kütləvi informasiya orqanlarında da nəşr edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin